featured-image-79422

İtaliyanın üç klubu “Milan”ın sabiq kapitanı Davide Kalabriya uğrunda mübarizə aparır.

Msport.az xəbər verir ki, “Panatinaikos”da çıxış edən oyunçu burada uğursuzluqla üzləşib və A Seriyasına qayıtmağa qərarlıdır.

Müdafiəçi ilə “Kalyari”, “Latsio” və “Bolonya” yaxından maraqlanır. Təkliflərin təfərrüatları hələlik açıqlanmır.

​Qeyd edək ki, Kalabriya daha əvvəl “Bolonya”da çıxış edib və İtaliya Kubokunun qalibi olub. ​29 yaşlı futbolçu “Milan”ın heyətində isə 2022-ci ildə İtaliya çempionluğunu qazanıb.

Bənzər xəbərlər