“Milan”ın yeni baş məşqçisi məlum oldu
“Milan”ın yeni baş məşqçisi Ruben Amorim olacaq. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
41 yaşlı portuqaliyalı mütəxəsssislə müddəti 2028-ci ilin iyununa qədər olar müqavilə imzalanacaq. Bu həftə rəsmi müqavilənin bağlanması gözlənilir.
Amorim istefaya göndərilmiş Massimiliano Alleqrini əvəzləyəcək.
Qeyd edək ki, portuqaliyalı məşqçi 2024-cü ilin noyabrından 2026-cı ilin yanvarına qədər “Mançester Yunayted”ə rəhbərlik etsə də, onun buradakı fəaliyyəti uğursuz olmuşdu.
“Milan”ın öncə baş məşqçi postuna “Kristal Pelas”dan ayrılan Oliver Qlasneri gətirəcəyi gözlənilsə də, danışıqlar uğursuz olmuşdu.







