“Milan”la “İnter”dən növbəti qələbə
Futbol üzrə İtaliya A Seriyasında 37-ci turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Bolonya” – “Sassuolo” matçında qonaqlar qələbə qazanıblar. “Napoli” isə “Cenoa”nı darmadağın edib.
“İnter”lə çempionluq mübarizəsi aparan “Milan” bu turda “Atalanta” ilə çətin qarşılaşmadan qələbə ilə ayrılmağı bacarıb. “Milan”ın büdrəməsinə ümid edən “İnter” isə “Kalyari” ilə səfər matçından inamlı qələbə ilə dönüb.
İtaliya A Seriyası
37-ci tur
14 may
Empoli – Salernitana 1:1
Qol: Kutrone, 31 – Bonatsoli, 76.
Udineze – Spetsiya 2:3
Qol: Molina, 26. Mari, 90+4 – Verde, 35. Qyasi, 45+3. Macciore, 47.
Verona – Torino 0:1
Qol: Brekalo, 19.
Roma – Venesiya 1:1
Qol: Şomurodov, 76 – Okereke, 1.
15 may
Bolonya – Sassuolo 1:3
Qol: Orsolini, 90+2-pen – Skamakka, 35; 80. Berardi, 75.
Napoli – Cenoa 3:0
Qol: Osimhen, 32. İnsinye, 65-pen. Lobotka, 81.
Milan – Atalanta 2:0
Qol: Leao, 56. T.Hernandes, 75.
Kalyari – İnter 1:3
Qol: Likoyannis, 54 – Darmian, 25. L.Martines, 51; 84.
16 may
20:30 Sampdoriya – Fiorentina
22:45 Yuventus – Latsio