featured-image-81185

“Milan” “Qalatasaray”ın cinah hücumçusu Rafael Leao üçün təklifini rədd edib.

Msport.az xəbər verir ki, Türkiyə klubu portuqaliyalı futbolçu üçün 35 milyon avro təklif edib, lakin italyanlar bundan imtina ediblər.

“Rossoneri” yenidən oyunçu üçün 50 milyon avro tələb edib. Daha əvvəl “Fənərbağça”nın da 27 yaşlı portuqaliyalı futbolçu üçün transfer danışıqları apardığı bildirilirdi. Leaonun özünün də karyerasını İngiltərədə davam etdirməyə üstünlük verdiyi barədə şayiələr gəzir.

Ötən mövsüm Rafael bütün yarışlarda 31 oyunda meydana çıxıb, 10 qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər