featured-image-83524

“Milan” İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottla maraqlanır.

Msport.az xəbər verir ki, “Milan” 23 yaşlı ingiltərəli futbolçunu gələcəkdə Luka Modriçin mümkün əvəzləyicisi kimi nəzərdən keçirirlər. Lakin Milan təmsilçisinin bu transferdə “Arsenal”, “Çelsi”, “Liverpul” və “Real” kimi klublarla rəqabət aparmalı ola biləcəyi bildirilir.

Aleks Skott 2023-cü ildən “Bornmut”da çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, transferlə bağlı hələlik rəsmi razılaşma yoxdur.

Bənzər xəbərlər