featured-image-81629

“Milan” “Strasburq”un belçikalı futbolçusu Dieqo Moreyranı heyətinə qatıb.

Msport.az xəbər verir ki, bu barədə İtaliya klubu məlumat yayıb.

22 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalanıb. Moreyra “Milan”da 22 nömrəli formanı geyinəcək.

“Benfika”nın yetirməsi olan futbolçu  2023-cü ildə “Çelsi”yə keçib və həmin ilin avqustunda “Uimbldon”la Liqa Kuboku matçında London klubunun əsas komandasında debüt edib.

Moreyra 2023/24 mövsümündə “Lion”da da çıxış edib. 2024-cü ilin yayında isə “Strasburq”a keçib. Belçika millisinin üzvü sürəti və texniki imkanları ilə seçilir.

Bənzər xəbərlər