featured-image-77464

Braziliya millisinin və “Real”ın futbolçusu Eder Militao DÇ-2026-nı buraxacaq.

Msport.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi ciddi zədədən sonra Finlandiyada müayinə olunub.

Mütəxəssislər tərəfindən aparılan əlavə müayinə sol bud zədəsinin ciddiliyini təsdiqləyib. Oyunçu yaxın gələcəkdə əməliyyat olunacaq və onun meydana oktyabr ayına qədər qayıdacağı gözlənilmir.

Militao bu mövsüm “Real” ilə bütün turnirlərdə 21 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Real”da çıxış edən Braziliya millisinin daha bir üzvü Rodriqo da zədə səbəbindən mundialı buraxacaq.

Bənzər xəbərlər