featured-image-84885

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Msport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn seçməsi ilə üz-üzə gəlib.

Vaduts şəhərində keçirilən D Liqasının 2-ci qrupunun matçı Azərbaycan komandasının qələbəsi ilə bitib – 1:0. 26-cı dəqiqədə Mahir Emreli fərqlənib.

Azərbaycan millisi dörd oyundan sonra 8 xalla qrupu birinci pilədə başa vurub. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.

Bənzər xəbərlər