U-21 Masazırda Omanla üz-üzə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Msport.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçi olduğu komanda Omanın U-23 yığması ilə qarşılaşacaq.
Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.
Bu komandalar arasında növbəti oyun noyabrın 17-də keçiriləcək.







