featured-image-84889

“Arsenal”ın futbolçusu Maks Douman İngiltərənin U-21 millisinin heyətində meydana çıxmış ən gənc oyunçu olub.

Msport.az xəbər verir ki, arımmüdafiəçi Portuqaliya ilə yoldaşlıq oyununda forma geyinib. O, meydana çıxarkən 16 yaş, 10 ay, 13 günlük olub.

Qeyd edək ki, matç İngiltərənin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.

Douman “Real”ın futbolçusu Cud Belinqemin rekordunu yeniləmiş olub. Cud U-21-də 17 yaş, 2 ay, 6 günlüyündə debüt etmişdi.

Bənzər xəbərlər