featured-image-4703

“Real”ın qapıçısı Tibo Kurtua və Lion “Olimpik”inin müdafiəçisi Ceyson Denayer Belçika yığmasının düşərgəsini tərk edib.

Msport.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə hər iki futbolçunun zədə səbəbindən oynamağa hazır olmadığı bildirilib.

Belçika milllisi UEFA Millətlər Liqasında iyunun 3-də Niderland, iyunun 8-də Polşa, iyunun 11-də Uels, iyunun 14-də yenidən Polşa yığması ilə qarşılaşacaq.

Bənzər xəbərlər