"Milli komandanın nəticələri məyusedicidir" - Rövşən Nəcəf
“İnanırıq ki, legioner limitinin ləğvi yerli oyunçuların keyfiyyətinə müsbət təsir edəcək”.
Msport.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransında çıxışı zamanı deyib.
Milli komandanın çıxışı barədə danışan funksioner nəticələrin məyusedici olduğunu bildirib: “Baş məşqçi Fernandu Santuşla görüşərək, ümumi durumu müzakirə etmişik. Hədəflərimiz dəyişməz olaraq qalır. Bundan sonrakı nəticələrə əsasən qətiyyətli qərarlar qəbul ediləcək”