Milli üzvünün zədəsi ciddi deyil, Dias 3 həftəlik sıradan çıxdı
Premyer Liqanın XXII turunun “Şamaxı” ilə oyununda (0:1) zədələnən “Sumqayıt”ın futbolçuları Elvin Bədəlovla Alan Diasın durumuna aydınlıq gəlib.
Klubdan Msport.az saytına verilən məlumata görə, Bədəlovun zədəsi ciddi deyil. Millimizin üzvü XXIII turda “Zirə”yə qarşı oynaya biləcək.
Braziliyalı müdafiəçi Alan Dias isə 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, “Sumqayıq” – “Zirə” görüşü fevralın 15-də keçiriləcək.