featured-image-77345

Georgios Donis Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi təyin olunub.

Msport.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyası məlumat yayıb.

56 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Yunanıstanlı baş məşqçi bu postda Erve Renarı əvəzləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı seçməsi bu il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının H qrupunda İspaniya, Kabo-Verde və Uruqvay yığmaları ilə üz-üzə gələcək.

Bənzər xəbərlər