featured-image-70684

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Msport.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komandamız “Dalğa Arena”da Şotlandiya ilə qarşılaşıb.

Oyun 3:3 hesabı ilə başa çatıb.

Qeyd edək ki, matçın sonlarında qonaqlar meydanda 9 nəfərlə qalıblar. 46-cı dəqiqədə Jeremiah Mullen, 90+2-ci dəqiqədə isə Adedire Mebude qırmızı vərəqə alıblar.

19:00. Azərbaycan (U-21) – Şotlandiya (U-21) – 3:3
Qollar: Xəyal Əliyev, 7; 49 (pen.). Şahin İbrahimov, 79 – Devid Uotson, 33. Luk Qrem, 44. Samuel Klill-Hardinq, 90+1
Qırmızı vərəqə: Ceremia Mullen, 46. Adedire Mebude, 90 (hər ikisi Şotlandiya)
Baş hakim: Sayat Karabayev
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Yevgeni Belski
Dördüncü hakim: Saken Bayimbet
(Hakimlər briqadası Qazaxıstandandır)
“Dalğa Arena”.
Qeyd edək ki, ilk 3 turdan sonra Azərbaycan millisinin 1 xalla 5-ci, Şotlandiya 3 xalla 4-cü pillədə qərarlaşıb.

 

Bənzər xəbərlər