featured-image-65958

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib.

Msport.az xəbər verir ki, U-21 səfərdə Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Baranoviçi şəhər stadionunda təşkil olunan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 22-ci dəqiqədə Raul Məmmədov vurub.

Qeyd edək ki, millimiz növbəti yoxlama görüşünü iyunun 8-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro yığmasına qarşı keçirəcək.

 

Belarus (U-21) – Azərbaycan (U-21) – 3:1

Qollar: Ruslan Myalkovski, 37; Kirill Tsepenkov, 40; Andrey Denisyuk, 50 – Raul Məmmədov, 22

Belarus: 16. İvan Şimakoviç (1. Artyom Karatay, 46), 3. Vladislav Myalko (15. Vadim Martinkeviç, 46), 4. Matsvey Baxno (14. Vladislav Varaksa, 46), 7. Qleb Kuçko (21. Timafey Şarkovski, 46), 8. Ruslan Myalkovski (11. Timafey Simanenka, 46), 10. Kirill Tsepenkov (24. Yeqor Prokopenko, 46), 13. Daniil Duşevski (6. Artur Nazarenka, 46), 17. Radivon Pyaçura (23. Andrey Denisyuk, 46), 18. Kiril Qomanov, 19. İlya Dubinets, 20. Vasili Çernyavski

Baş məşqçi: Vitali Pavlov

Azərbaycan: 22. Xəyal Fərzullayev, 15. Raul Məmmədov (27. Elgün Dünyamalıyev, 40), 3. Rüfət Abbasov (2. Amin Rzayev, 78), 14. Oruc Məmmədov, 5. Emin Rüstəmov, 20. Ayxan Süleymanlı (24. İbrahim Ramazanov, 78), 7. Murad Məmmədov (11. Nihat Mehrəliyev, 62), 17. Nihad Əhmədzadə (13. Nadir Orucov, 78), 8. Emil Süleymanov (18. İbrahim Hacı, 62), 10. Edqar Adilxanov (21. Sənan Muradlı, 78), 9. Ağadadaş Salyanski (19. Sadiq Şəfiyev, 62)

Baş məşqçi: Ayxan Abbasov

Bənzər xəbərlər