featured-image-39848

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Msport.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olacaq.

“Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ

21:00. Belçika – Azərbaycan
Baş hakim: Gerqo Boqar (Macarıstan).
Brüssel. “Kinq Baudouin”

Bənzər xəbərlər