featured-image-71929

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində bu gün 2-ci oyuna çıxıb.

Msport.az xəbər verir ki, komanda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Kişinyovda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş Bolqarıstanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-15 millimiz ilk matçında Monteneqroya 0:1 hesabı ilə uduzub.

Əlavə edək ki, yığmamız noyabrın 23-də Moldova ilə üz-üzə gələcək.

Bənzər xəbərlər