featured-image-39736

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov, 6-cı dəqiqədə isə Renat Dadaşov vurub.

57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin 7 xalı var.

F qrupunun digər görüşündə Avstriya səfərdə Estoniyanı məğlub edib – 2:0.

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını səfərdə Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

__________________

Bu gün milli komandamız final mərhələsi 2024-cü ildə olacaq Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

Msport.az xəbər verir ki, yığma Bakıda İsveçi qəbul edəcək.

Oyunun baş hakimi isveçrəli qadın FIFA referisi Ester Ştaubli olacaq.

Görüş saat 21:00-da başlanacaq. Komandamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqə qazanmış Avstriya Estoniyanın qonağı olacaq. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.

AVRO-2024, seçmə mərhələ 

21:00. Azərbaycan – İsveç 3:0

Baş hakim: Ester Ştaubli (İsveçrə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki sonuncu matçında noyabrın 19-da Belçikanın qonağı olacaq.

Bənzər xəbərlər