Millimiz Çexiya ilə qarşılaşır
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Centenary” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Qarşılaşmanı Finlandiya və Maltadan olan hakimlər briqadası idarə edəcək.
12 noyabr
17:30. Çexiya (U-19) – Azərbaycan (U-19)
Hakimlər: Oliver Reitala (Finlandiya), Olli Jantunen (Finlandiya), Andrea Pavia Skiavone (Malta), Ezekiel Barbara (Malta)
“Centenary” stadionu, Ta Qali







