featured-image-39160

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv 4-cü turda Monteneqro yığmasını qəbul edib.

“Dalğa Arena”da keçirilən matç Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlaq, 84-cü dəqiqədə Aytac Şərifova vurublar.

Qeyd edək ki, üç turdan sonra aktivində 10 xalı olan Azərbaycan millisi hazırda qrup lideridir. Monteneqro seçməsi isə altı xalla ikinci pillədə yer alıb.

Bənzər xəbərlər