Millimiz dünya çempionu ilə qarşılaşacaq
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsi start götürür.
Msport.az xəbər verir ki, bu gün raundun ilk 4 oyunu keçiriləcək.
Qarşılaşmalar Milli Gimnastika Arenasında təşkil olunacaq. A qrupunu birinci pillədə tamamlayan Azərbaycan millisi B qrupunun ikincisi olan son dünya çempionu Rumıniya ilə qarşılaşacaq.
Dünya çempionatı
1/8 final
27 may
17:30. İngiltərə – Bolqarıstan
19:00. Portuqaliya – Macarıstan
20:30. Azərbaycan – Rumıniya
22:00. Fransa – Mavritaniya
Qedy edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.