featured-image-63407

Azərbaycan millisi FIFA-nın 2025-ci il üçün açıqladığı ilk reytinq cədvəlində 2 pillə geriləyib.

Msport.az xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi yığma 119-cu sırada qərarlaşıb. Komandamızın aktivində 1160,64 xal var.

FIFA reytinqinin ilk sırasında isə Argentina seçməsi yer alır.

Qeyd edək ki, martda iki yoxlama oyunu keçirən millimiz Haitiyə 0:3, Belarusa isə 0:2 hesabı ilə məğlub olub.

Bənzər xəbərlər