Millimiz FIFA reytinqində irəlilədi
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.
Msport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1142.25 xalla 123-cü pillədə qərarlaşıb.
Komanda əvvəlki siyahıda 1148,09 xalla 124-cü idi. Yığma bu ay DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə uduzub. Azərbaycan millisinin irəliliməsi 124-cü olan Toqo seçməsinin dörd sıra geriləməsi sayəsində mümkün olub.
Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1880.76 xal) yer alıb.