featured-image-72313

Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025”də ikinci oyuna çıxıb.

Msport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Dəkkədə yerləşən Milli Stadiondakı son matçında yerli komanda ilə üz-üzə gəlib.

İlk matçda  Malayziya yığması üzərində qələbə qazanan (2:0) komandamız Banqladeşi də  2:1 hesabı ilə məğlub edib. Millimizin heyətində  19-cu dəqiqədə Sevinc Cəfərzadə və 84-cü dəqiqədə Esra Manya fərqlənib.

Bənzər xəbərlər