featured-image-65858

Azərbaycan millisində itki baş verib.

Msport.az xəbər verir ki, kapitan Bədavi Hüseynov komandanın qarşıdakı yoldaşlıq oyunlarında iştirak edə bilməyəcək.

Buna səbəb müdafiəçinin zədələnməsidir. Bu üzdən təcrübəli futbolçu komandanın toplanışına qoşulmayacaq.

Qeyd edək ki, millimiz təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya, iyunun 10-da isə Liv Bona Dea Arenada Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Bənzər xəbərlər