Millimiz Moldova ilə heç-heçə etdi
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununa çıxıb.
Msport.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz sonuncu matçında Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Kişineunun “Zimbru 2” stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə yekunlaşıb. Bununla millimiz 1 xalla qrupda 4-cü yeri tutub.







