featured-image-71089

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Msport.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz Kosovonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Vadul lui Voda şəhərində keçirilən görüş Kosovo seçməsinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 millimiz ilk oyununda Uelsə 0:7 hesabı ilə uduzub. Komandamız qrupda son matçını oktyabrın 30-da Moldova yığmasına qarşı keçirəcək.

Bənzər xəbərlər