featured-image-64116

Minifutbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Msport.az xəbər verir ki, yığmamız Monteneqro ilə üz-üzə gəlib.

Herceg Novi şəhərindəki “Polino Arena”da reallaşan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində qolu Samir Həmzəyev vurub.

Qeyd edək ki, oyun millimizin Bakıda keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlıq xarakteri daşıyıb.

Bənzər xəbərlər