Millimiz Monteneqroya uduzdu
15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində bu gün ilk oyuna çıxıb.
Msport.az xəbər verir ki, millimiz Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş Monteneqro seçməsinin1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-15 turnirdə ikinci matçını noyabrın 20-də Bolqarıstan yığmasına qarşı keçirəcək.







