featured-image-39170

Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçirilən dünya çempionatında 1/8 final oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu yığma Portuqaliya ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsində İraqı 2:0, Misiri 4:1, Küveyti isə 3:1 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər