Millimiz Qazaxıstanla yoldaşlıq görüşü keçirəcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.
Msport.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, oyunlar oktyabrın 24-də və 27-də keçiriləcək. Hər iki matç Çimkənddəki “Qajımukan Munaytpasov” stadionunda təşkil olunacaq.
İlk oyunun Bakı vaxtı ilə saat 18:00-da, ikinci görüşün isə 13:00-da başlaması planlaşdırılır.