featured-image-70201

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qəbələdə təşkil olunan III MDB Oyunlarında bu gün ikinci oyununa çıxacaq.

Msport.az xəbər verir ki, A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 12:00-da başlanacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər