Millimiz seçmə mərhələdə ilk matçına çıxır
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.
Msport.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan Həbib Ağayevin yetirmələri Sloveniya ilə üz-üzə gələcək.
Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki “Kukuş” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, yığma növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.







