featured-image-72099

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb. 

Msport.az xəbər verir ki, Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda keçirilən görüşdə yığmamız Sloveniya ilə üz-üzə gəlib. Görüş komandamızın 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.

Qeyd edək ki, B Liqasının 5-ci qrupunda yer alan Azərbaycan millisi növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.

B Liqası, 5-ci qrup

Sloveniya U-19 – Azərbaycan U-19 – 2:0

Qollar: Omerza, 2, Prelovsek, 31

Estoniya – Şimali Makedoniya – 0:2

Bənzər xəbərlər