featured-image-38209

AVRO-2024-ün seçmə mərhələsinin VII turunda Estoniyanın qonağı olacaq millimiz Tallində dəstəksiz qalmayacaq.

AFFA-dan Msport.az saytına verilən məlumata görə, səfər matçında yığmamızı 100-dək azarkeş dəstəkləyəcək.

Estoniyada yaşayan həmvətənlərimiz biletlə bağlı AFFA-ya müraciət ediblər. Bundan başqa, onlar üçün “iTicket.az” saytında xüsusi link yerləşdirilib ki, ora daxil olaraq bilet əldə etmək mümkündür.

Qeyd edək ki, sabah “Le Kok” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər