Millimiz təlim-məşq toplanışına başladı
Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Msport.az xəbər verir ki, A millimiz dünən “Liv Bona Dea Arena”da ilk məşqinə çıxıb.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə Fransa yığması ilə, 13-də isə Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə qarşılaşacaq.