Millimiz toplanışa başlayır – heyət açıqlandı
Qadın futbolçulardan ibarət Azərbaycan U-17 millisi bu gün Bakıda təlim-məşq toplanışına başlayacaq.
Msport.z xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hazırlıq sentyabrın 30-dək davam edəcək.
Millimizə aşağıdakı oyunçular dəvət alıb:
Aydan Abdullayeva, Aysu Əsədova, Məryəm Səmədli, Aylin Kərimova, Fatimə Kərimli, Tərgül Qəniyeva, Aylin Azadova (hamısı “Sabah”), İradə Əsədli, Şəhanə Mirzəliyeva, Zəhra İsmayılova, Tahirə Rəcəb (hamısı “Şəfa”), Aylin Quluzadə, Jasmin Bəbirova (hər ikisi “Təhsil 8 İOEUGİM”), Ayan Abdiyeva (“Liman”), Suel Polikarpova, Sara Səlimova, Xədicə Rəhimova (hamısı “Neftçi”), Könül Hüseynova, Məryəm Nuruzadə, Məryəm Nuruzadə, Zəhra Abdullayeva, Aylin Əliyeva (hamısı “Ulduz”), Naidə Məmmədova (“Dirçəliş”), Mehri Məmmədzadə (“Baku Juniors”).