Millimizdə daha bir debütant
Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Msport.az xəbər verir ki, qapıçı Şahrudin Məhəmmədəliyev zədə səbəbindən heyətdən çıxarılıb.
Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb. Müştəbazadə ilk dəfə yığmamızda yer almaq şansı əldə edib.
Qeyd edək ki, komandamız bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.