featured-image-43571

Atletika üzrə Azərbaycan millisinin məşqçilərinin iclası keçirilib.

Msport.az xəbər verir ki, görüş Azərbaycan Atletika Federasiyasında baş tutub.

İclasda qış mövsümünün yekunları, “Belqrad-2024 U-20 yaş kateqoriyası üzrə Qış Balkan Çempionatı”, “28-ci Balkan Qış Çempionatı”, “Belqrad qış turniri”nin nəticələri müzakirə olunub.

Həmçinin yay mövsümündə görüləcək işlər və 2025-ci ildə Azərbaycanda keçiriləcək lll MDB Oyunları barədə fikir mübadiləsi aparılıb.

Bənzər xəbərlər