featured-image-64260

Minifutbol üzrə Azərbaycan yığması Millətlər Liqasında ilk iki oyununu keçirib.

Msport.az xəbər verir ki, Monteneqroda təşkil olunan turnirdə komandamız Türkiyə, həmçinin Bosniya və Herseqovina ilə qarşılaşıb.

Türkiyəni 1 cavabsız qolla üstələyən komandamız (1:0) Bosniya və Herseqovinanı 7:2 hesabı ilə məğlub edib. Bu nəticədən sonra millimiz 6 xalla qrupa liderlik edir.

Millimiz növbəti oyununu bu gün keçirəcək. Bakı vaxtı ilə saat 21:30-da başlayacaq oyunda rəqib meydan sahibi Monteneqro olacaq.

Bənzər xəbərlər