featured-image-71882

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində beşinci oyununa çıxıb.

Msport.az xəbər verir ki, B qrupunda yer alan millimiz Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Europa Point Stadium” keçirilən görüşdə komandamız Murad Məmmədovun 54-cü dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb. Bu nəticədən sonra Rəşad Eyyubovun yetirmələri xallarının sayını 5-ə çatdırıb.

Qeyd edək ki, U-21 qrupda növbəti görüşünü 2026-cı il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.

Bənzər xəbərlər