featured-image-48597

Paraatletika üzrə Azərbaycan milli komandası tarixi nəticəyə imza atıb.

Msport.az xəbər verir ki, yığmamız bu rekorda Yaponiyanın Kobe şəhərində təşkil edilən dünya çempionatında nail olub.

Yarışı ümumilikdə 4 qızıl medalla başa vuran paralimpiyaçılarımız ilk dəfə dünya çempionatında belə yüksək nəticə əldə ediblər. Bunadək ən yaxşı göstərici 2011-ci ildə Yeni Zelandiyada keçirilmiş mundialda (3 qızıl, 1 gümüş, 2 bürünc) qeydə alınmışdı.

Qeyd edək ki, Yaponiyadakı dünya çempionatında Lamiyə Vəliyeva qaçış üzrə iki qızıl (100 metr, 400 metr), Orxan Aslanov və Səid Nəcəfzadə isə uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanıblar.

Bənzər xəbərlər