featured-image-62579

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin martın 15-dən 25-dək Albaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, yığmaya 20 futbolçu çağırılıb.

Komandamız sabahdan bir araya gələcək və martın 14-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Ayın 13-də “Sumqayıt”ın U-19 kollektivi ilə yoxlama görüşü nəzərdə tutulub. Saat 13:00-da başlayacaq qarşılaşma “Kapital Bank Arena”da baş tutacaq.

U-17-yə bu futbolçular çağırılıb: Elbrus Kərimov, Səttar Tahirzadə, Tuncay Əhmədov, Muhamməd Çodarov, Tunar Rzayev, Nadir Nəsibli (hamısı “Marcet”, İspaniya), Amin Rzayev, Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Əhməd Vəliyev, Əli İbrahim (hamısı “Qarabağ”), Rauf Əyyubov, Həzrət Səmədov (hər ikisi “Sabah”), Murad Qurbanov, Fərid Cabbarlı (hər ikisi “Zirə”), Tunar Muradov (“Turan Tovuz”), İbrahim Babayev (“Servette 1890”, İsveçrə), Vüsal Kərimov (“Neftçi”), Ariz Kərimov (“Qəbələ”), İslam Həsənov (“Graficar”, Serbiya).

Millimiz Avropa çempionatının seçmə mərhələsinin B Liqasının 6-cı qrupu çərçivəsində martin 19-da Albaniya, 22-də isə Uelslə qarşılaşacaq. Hər iki oyun “Elbasan Arena”da reallaşacaq.

Bənzər xəbərlər