featured-image-63034

Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.

Msport.az xəbər verir ki, millimiz 2025-ci ildəki ilk oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək. Matç saat 21:45-də start götürəcək.

Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 3 gün sonra “Bank Respublika Arena”da Belarus millisini sınağa çəkəcək.

Bənzər xəbərlər