Millimizin Belarusla matçı yeni stadionda
Azərbaycan millisinin Belarusla yoldaşlıq görüşünün yeri müəyyənləşib.
Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun millimiz üçün yeni arenada təşkil olunacaq.
Fernandu Santuşun yetirmələri belarusluları martın 25-də “Sabah”ın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da qəbul edəcək.
Görüş saat 21:45-də başlayacaq.