Millimizin daha iki futbolçusu Estoniya ilə oyunu buraxacaq
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində səfərdə Estoniya qarşı keçirəcəyi oyun üçün “23-lüy”ü bəlli olub.
Msport.az xəbər verir ki, baş məşqçi Canni De Byazi Rüstəm Əhmədzadə və Nəriman Axundzadəni yekun siyahıdan kənarda qoyub.
Həmin oyunçular qarşılaşmada iştirak etməyəcəklər. Daha əvvəl Eddi İsrafilov zədə səbəbindən yığmanın düşərgəsindən kənarlaşıb.
Qeyd edək ki, Estoniya – Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.