Millimizin futbolçusu Albaniya çempionu oldu
Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniya çempionluğunu qazanıb.
Msport.az xəbər verir ki, onun komandası “Eqnatiya” həlledici oyunda “Vlajniya” ilə üz-üzə gəlib.
Rəqibi üzərində 4:0 hesablı qələbə qazanan Əliyevin komandası tarixində ikinci dəfə ölkə çempionu tituluna yiyələnib. “Eqnatiya” ötən mövsüm də bu uğuru əldə edib.
Final qarşılaşmasında start heyətində çıxış edən Zamiq Əliyev 90 dəqiqəni əvəz edilmədən keçirib.