featured-image-2625

Futbol üzrə Portuqaliya çempionatında 32-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Pasuş de Ferreyra” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Renat da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.

Hazırda 27 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Bənzər xəbərlər