Millimizin oyunlarına təyinatlar açıqlandı
Futzal üzrə Azərbaycan millisinin aprelin 11-də İsveç yığması ilə Helsinqborqda, 15-də isə Xorvatiya seçməsi ilə Bakıda keçirəcəyi AVRO-2026-nın əsas mərhələ oyunlarının hakim təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, 5-ci qrup çərçivəsində səfərdəki görüşü İngiltərədən, evdəki qarşılaşmanı isə Kiprdən olan hakimlər briqadası idarə edəcək.
11 aprel
21:00. İsveç – Azərbaycan
Hakimlər: Peter Nurse, Jordan Griffiths, Oliver Rodriguez-Ballinger
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Boqdan Sorescu (Rumıniya)
Timekiper: George Jansizian (İsveç)
Helsinqborq Arena
15 aprel
20:00. Azərbaycan – Xorvatiya
Hakimlər: Yiangos Yiangou, Nicolas Nicolaou, Theocharis Theocharous
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
Bakı İdman Sarayı